“Qubek “otelində “Dəyirmi masa” keçirilmişdir
Sentyabr ayının 14-də dördulduzlu “Qubek”otelinin konfrans zalında “Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri “və “Məişət zorakılığının qarşısının alınması haqqında”Azərbaycan Respublikası Qanununun təbliği istqamətində aparılan işlərə dair “Dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Qəbələ,Zaqatala,Qax,Oğuz ,Balakən rayonları və Şəki şəhərinin hüquq-mühafizə orqanları ,bələdiyyələr ,icra və ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açdı və tədbirdə iştirak edən nümayəndələri salamladıqdan sonra müzakirə olunan məsələnin aktuallığını qeyd etdi.
Sonra söz millət vəkili Rəbiyyət Aslanovaya verildi.R.Aslanova müzakirə olunan məsələnin əhəmiyyətini xüsusi vurğulayaraq məişət zorakılığı barədə bir sıra statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Millət vəkili uzun illər səmərəli fəaliyyət göstərən, həyatları gənc nəslə nümunə sayılan və hazırda təqaüdddə olan S.Əfəndiyeva ,S.Dibirova ,T.Məmmədova,N.Çobanova ,F.Hacıyeva ,R.Hacıyeva,R.Bodurova ,X.Muradova ,A.Nastakalova və digərlərinin adlarını fəxrlə çəkdi və onlara hədiyyələr təqdim etdi .
Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu barədə ətraflı məlumat verərək qanunun təbliği istiqamətində aparılan işlər barədə söhbət açdı və tədbir iştirakçılarını “Satılmış həyat” adlı qısametrajlı filmə baxmağa dəvət etdi.
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı R.Süleymanzadə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun işlənmə mexanizmi barədə məlumat verdi.
Müzakirə edilən məsələ ətrafında RİH-i başçısının humanitar məsələlər üzrə müavini N.Rüstəmova ,rayon prokurorunun əvəzi A.Şıxıyev,Qaysa kənd ərazi inzibati dairəsi üzrə nümayəndə M.Amalova ,qonşu rayonlardan tədbirdə iştirak edən nümayəndələr çıxış etmişlər.
Tədbirdə məişət zorakılığının qarşısının alınması istiqamətində aparılan tədbirlərin gücləndirilməsi bundan sonra da vacib və məqsədəuyğun hesab olundu.