Şriftin ölçüsü :

Saytın rəngi :

Çempion Rəsul Çunayev Balakəndə

20 iyun 2015 | 15:00

İyun ayının 20-də “Bakı-2015” Birinci Avropa Oyunlarının qalibi Rəsul Çunayev doğulub boya-başa çatdığı doğma Balakəndə rayon ictimaiyyəti tərəfindən müsiqi sədaları altında təntənə ilə qarşılandı. Çempion və onu müşayət edənlər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra I Avropa Oyunlarında öz uğurlu çıxışı və qələbəsi ilə xalqımıza böyük sevinc bəxş edən Rəsul Çunayevi RİH-nin başçısı İslam Rzayev qəbul etdi. Rəsul Çunayevi qələbə münasibətilə təbrik edən İslam Rzayev ona Balakən rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyəni təqdim etdi.

Keçidlər