26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dəyirmi masa keçirilmişdir
27 iyun 2015 | 15:00
İyun ayının 25-də YAP Balakən rayon təşkilatının inzibati binasında 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Balakən rayon komissiyası tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə müşavirə keçirilmişdir. Müşavirədə respublikamızda, o cümlədən Balakən rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülmüş işlərdən bəhs edilmiş və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.