“14 iyul 1969-cu il-milli tariximizin unudulmaz günü” mövzusunda seminar –müşavirə keçirilmişdir.
14 iyul 2015-ci il tarixdə YAP Balakən rayon təşkilatının inzibati binasında “14 iyul 1969-cu il-milli tariximizin unudulmaz günü” mövzusunda seminar –müşavirə keçirilmişdir.
Seminar-müşavirəni giriş sözü ilə RİHB-nin I müavini Azad Balayev açdıqdan sonra RİH-nin ictimai –siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Fariz Nəcəfov məruzə ilə çıxış etmişdir.
Daha sonra seminar-müşavirədə RİH-in Mahamalar kənd İƏD üzrə nümayəndəsi Abdulla Abdullayevin, rayon Məşğulluq Mərkəzinin direktoru Fərman Əhmədovun, RİH-in Kortala kənd İƏD üzrə nümayəndəsinin müavini Aygül Qarayevanın , RTŞ-nin məsləhətçisi Cavanşir Alqayevin və rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyevin çıxışları dinlənilmişdir.