Seminar-Diskussiya
30 iyul 2015-ci il tarixdə Balakən rayonu Heydər Əliyev Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Balakən rayon komissiyasının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə mübarizənin gücləndirilməsi ilə əlaqədar regionlarda mübarizənin aparılması ilə bağlı birgə seminar-diskussiya keçirilib. Rayon komissiyasının və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə işçi qrupunun üzvləri Raqif Allahverdiyev və Şahin İsmayılov da iştirak edib. İştirakçıların diqqətinə çatdırılmışdır ki, yeniyetmə və gənclərin dönüşü çətin olan bu yola düşməməsi üçün tibbi-profilaktik, eləcə də maarifləndirici tədbirlər həyata keçirilməli, tədris müəssisələrində şagirdlərə sağlam həyat tərzi aşılanmalı, zərərli vərdişlərin onların sağlamlığına, gələcəyinə necə mənfi təsir edəcəyi ilə bağlı davamlı olaraq məlumatlar verilməli, uşaqların asudə vaxtı səmərəli təşkil olunmalıdır.