Milli Mətbuat Günü qeyd edildi
İyul ayının 21-də Balakən rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 140, ”Balakən” qəzetinin 80 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə RİH-in aparat işçiləri,icra nümayəndələri, bələdiyyə sədrləri, eləcə də “Balakən” qəzetinin keçmiş və hazırki əməkdaşları iştirak etmişlər.
Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətini başçısının birinci müavini Azad Balayev açdıqdan sonra, RİH başçısının müavini Mehparə Əliyeva “Mətbuatın cəmiyyətin həyatında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında “Balakən” qəzetinin redaktoru Mürsəl Mikayılov, qəzetin keçmiş əməkdaşları Havva Anqbazova, qəzetin fəal oxucusu Şöyüb Mikayılov, qəzetin məsul katibi Zeynəddin Həsənli, RTŞ-ın məsləhətçisi Cavanşir Alqayev və 1 saylı Balakən texniki peşə məktəbinin direktoru Rəhim Tağıyev çıxış etmişlər.
Tədbirdə “Balakən”qəzetinin 80 illik yubileyi ilə əlaqədar redaksiyaya ünvanlanan bir sıra təbrik teleqramları da oxunmuşdur.
Çıxışlarda bundan sonra da “Balakən”in səhifələrində ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi həyatında baş verən hadisələrin obyektiv işıqlandırılacağı qeyd olunmaqla mətbuata göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq bildirilmişdir.
Sonda qəzetin yaradıcı kollektivi ilə xatirə şəkli çəkdirilmişdir.