Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb millətin tərəqqi qapısıdır

16 sentyabr 2012 | 15:00

Müəllim və şagirdlərin ,valideynlərin,ümumiyyətlə , məktəb və təhsil ilə bağlı olan neçə-neçə insanların həvəslə gözlədikləri 15 sentyabr tarixində təhsil müəssisələrində böyük canlanma yaranır.
Əsrlər boyu elmə ,biliyə yiyələnmək və onu tədris etmək ,cəmiyyət üçün bacarıqlı və savadlı mütəxəssislər ,peşə sahibləri yetişdirmək şərəfli vəzifə olaraq qəbul olunub.İslam dinində də elmin qapılarını açmaq böyük savab olaraq dəyərləndirilir.Xalqımız elmi ,biliyi yüksək qiymətləndirmiş ,övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişlər.Azərbaycan tarixində elmə münasibət hər zaman yüksək olmuş və bunun nəticəsi olaraq böyük ziyalılar nəsli yetişmişdir.Azərbaycan ziyalılığına örnək ola biləcək insanların elmin sirlərinə bələd olması və elmi-texniki təbdbirlərin həyata keçirilməsi sayəsində ölkəmiz geniş inkişaf yoluna çıxmış və Azərbaycan Respublikası dünyanın tanınan və ehtiram göstərilən dövlətlərindən birinə çevrilmişdir.
Bildiyimiz kimi, müəllimlik peşəsi cəmiyyətdə mövcud olan peşə və ixtisasların arasında xüsusi yer tutur. Müəllimlik eyni zamanda olduqca çətin, məsuliyyətli, lakin çox şərəfli və müqəddəs bir peşədir.Müəllim insanı həyata hazırlayan ,onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran bir tərbiyəçidir.Bütövlükdə isə xalqın ,millətin tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimlikdən başlayır.Müəllim təlim-tərbiyə prosesində əsas simadır.
Məktəbi və müəllimi mükəmməl olan hər bir xalq həmişə hərtərəfli inkişaf edərək , mütərəqqi dünyada layiqli yerini tutur.Heç də təsadüfi deyil ki ,müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu,Ümummilli liderimiz Heydər Əliyev müəllim adını ,müəllim əməyini hər bir zaman yüksək qiymətləndirərək demişdir :”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.Mən müəllim qarşısında baş əyirəm”. Ulu öndərin bu kəlamı müəllim peşəsinin cəmiyyətdəki mühüm rolunu ifadə etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda təhsilə yönəlmiş diqqət müasir dövrün tələblərini ödəyə biləcək ziyalıların yetişməsi üçün uğurlu addımdır.
Insanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi Bilik gününün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır.Bu dəyərlərin ən başlıcası isə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək ,eyni zamanda vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl yiyələnməsidir.Təhsilin Azərbaycan məktəblərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində ,istərsə də xarici ölkələrdə belə öz təhsillərini davam etdirmək iqtidarındadırlar.Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhvə və imtiyazlardan biridir.
2012-2013-cü tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərində Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyur.Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq daim diqqətdə saxlanılır.
Müasir dövrümüzdə möhtərəm prezidentimiz İlham Əliyevin yüksək qayğı və diqqəti sayəsində ölkəmizdə elm və təhsilin hərtərəfli inkişafına əlverişli şərait yaranmışdır.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi ,təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmalıdır.Fondun təşəbbüsü ilə hər il minlərlə məktəbli yeni dərs ilinə yeni sinif otaqlarında başlayır.Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla davam edir.
Heydər Əliyev Fondunun prezidenti , YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri ,millət vəkili Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın bütün bölgələrində çoxlu sayda yeni və müasir tipli məktəb binalarının inşa edilib təhsil işçilərinin və şagirdlərin istifadəsinə verilməsi də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsini paytaxtımız Bakıdan yüz kilometrlərlə aralıda yerləşən Balakəndə də görmək mümkündür.Son illər rayonun mərkəzində ,yaxın və uzaq kəndlərdə onlarla yeni məktəb tikilib istifadəyə verilmişdir. Bu il də rayonun Katex,Qullar və Xalatala kəndlərində də yeni məktəb binaları istifadəyə verilir.Püştətala və Qarahacılı kəndlərində isə məktəb binalarının tikintisi sürətlə davam edir.
Şagirdlərin təlim-tərbiyəsi sahəsində böyük uğurlar qazanan və rayonun ictimai –siyasi həyatında fəal iştirak edən bir sıra müəllimlərin də əməyi yüksək qiymətləndirilib və onlar ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunublar.
Şübhə yoxdur ki ,dövlət tərəfindən göstərilən böyük qayğı və diqqətin müqabilində rayonun çoxsaylı pedaqoji kollektivi təhsilin inkişafı ,vətənpərvər və bilikli şagirdlərin yetişdirilib həyata vəsiqə almaları üçün var qüvvə ilə çalışacaqlar.
Yeni dərs iliniz mübarək!
 

Keçidlər