Yeni dərs ilinə hazırlıq davam edir
Yeni -2015-2016-cı dərs ilinin başlanmasına az vaxt qalmışdır. İndiölkəmizin hər yerində , hər bir təhsil müəssisəsində ötən dərs ilinin yekunları geniş təhlil olunur, buraxılan nöqsanlar araşdırılmaqla növbəti dərs ilində qarşıda duran vəzifələr müəyyənləşdirilir. Balakən rayon Təhsil şöbəsində də işlər bu baxımdan təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir.
2014-2015-ci dərs ilinin yekunlarına görə 49 ümumtəhsil məktəbini bitirmiş biliyi qiymətləndirilən 10093 nəfər şagirddən 9325 nəfəri yuxarı siniflərə keçirilmiş,2 nəfər şagird isə 4 və daha çox fəndən “2” qiymət aldığı üçün təkrar sinifdə saxlanılmış, 2 nəfər şagird isə 1-3 fəndən “2” qiymət aldığı üçün yay tədris tapşırığı verilmişdir. Məktəblərin IX sinfini bitirmiş 1095 nəfərdən 1083 nəfərinə ümumi orta təhsil haqqında şəhadətnamə, XI sinfi bitirmiş 756 nəfərə tam orta təhsil haqqında attestat verilmişdir.
2014-2015-ci tədris ilinin məzunlarından 330 nəfər ali məktəblərə qəbulla bağlı sənəd vermişdir.
Bundan başqa 2015-2016-cı dərs ilində məktəblərin I sinfinə qəbulla əlaqədar Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli 1 /3 N li kollegiya qərarı ilə təsdiq edimiş “Uşaqların ümutəhsil məktəblərinə qəbulu və azad edilməsi qaydalar”na uyğun olaraq 01 fevral 2015-ci il tarixdən təhsil şöbəsində ardıcıl iş aparılır.
2015-2016-cı dərs ilində I siniflərə 1135, X siniflərə isə 815 nəfər şagirdin qəbulu gözlənilir ki, bu da əvvəlki illə müqayisədə I siniflərə 17, x siniflərə 47 nəfər şagirdin artıq qəbulu deməkdir.
Təhsil nazirinin 17 iyul 2013- cü il tarixli 739 N li əmri ilə təsdiq edilmiş “Xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na uyğun olaraq 20 iyul tarixdən belə uşaqların qeydiyyatına başlanıb və sentyabr ayının 10 –na qədər müraciət edənlər müsabiqədən keçiriləcəkdir.
2015-2016-cı dərs ilinə hazırlıqla bağlı tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət xeyli artırılmışdır. Rayon büdcəsindən ayrılmış 1122610 manat vəsait hesabına ehtiyac olan məktəblərdə cari təmir işləri aparılmışdır.Tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzndə saxlanılmışdır.
Yeni dərs ilində şagirdlərin istifadəsi üçün 138 ədəd parta , 40 ədəd şkaf,10 ədəd tumba,110 ədəd əyani vəsait, 71 adda idman avadanlığı,15873 ədəd dərslik gətirilib məktəblərə verilmişdir. Ümumilikdə 69550 manat dəyərində avadanlıq, 27326 manat dəyərində dərslik gətirilmişdir ki, bunun da cəmi 96873 manat təşkil edir.
Bir sözlə , 15 sentyabr –“Bilik günü” məktəblərimiz yeni tədris ilinə uğurla başlamaq üçün hazırdır.