26 avqust Beynəlxalq Muğam Günü qeyd olundu
26 Avqust-Beynəlxalq Muğam Günü münasibətilə respublikamızın hər yerində olduğu kimi Balakən rayon Mədəniyyət Mərkəzində də tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan muğamlarının qorunmasında və təbliğində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən video çarxa baxmışlar.
Sonra səhnəyə Muğam müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Abgül Mirzəliyev çıxmışdır.
Beynəlxalq Muğam Günü münasibətilə təşkil olunan bayram konsertində balakənli həvəskar muğam ifaçıları da öz məharətlərini nümayiş etdirmişlər. Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən ”Kaman” instrumental ansamblının müşayiəti ilə Gülşən Bayramovanın, RasimƏliqayevin, Elman Əzimovun, Rəmzi Mincivanlının ifaetdikləri muğamlar, Kəmalə Qafarova və Arzu Ocaqverdiyevin ifalarında səslənən qəzəllər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Abgül Mirzəliyev başda olmaqla Bakıdan gələn sözlü-nəğməli qonaqlar balakənli muğam həvəskarlarının ifa tərzini son dərəc əbəyəndiklərini bildirmişlər.