Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən dünya çempionu Rəsul Çunayevi sevinclə qarşıladı

14 sentyabr 2015 | 15:00

Sentyabrın 14-də yüzlərlə gənc, rayon ictimaiyyətinin nümayəndələri şəhərin girişində ABŞ-ın Las Veqas şəhərində 2016-cı  ildə Braziliyanın  Rio-de Janeyro şəhərində keçiriləcək  XXXI Yay Olimpiya Oyunlarına ilk Lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempiontında qızıl medala  sahib olmuş həmyerlimiz Rəsul Çunayevi qarşılamaq üçün toplanmışdı.
Birinci Avropa Oyunalrının qalibi, 71 kq çəkidə mübarizə aparan Rəsul Çunayev finala qədər  Rusiya, ABŞ, Belarus güləşçilərinə heç bir imkan verməyərək finalda Ukrayna təmsilçisi Armen Vardanyana qalib gəlmişdir. Rəsul bu qələbəsi ilə bütün  azərbaycanlı idmansevərlərin dərin rəğbətini qazanmışdır. Üç rəngli Azərbaycan bayrağını Las Veqasda ucaldan, Dövlət Himnimizi səsləndirən həmyerlimizə eşq olsun.
Balakənin girişində musiqi sədaları altında qarşılanan Rəsul Çunayev  rayonun Mədəniyyət və İstirahət parkının ən uca zirvəsində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri qoydu. Sonra rayon İcraHakimiyyətində çempionu İcra Hakimiyyətinin başçısı  İslam  Rzayev qarşıladı. RİH –nin başçısı İslam Rzayev çempionu qələbə münasibətilə təbrik edərək ona qiymətli hədiyyə təqdim etdi.

Keçidlər