Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr- “Bilik günü” qeyd olundu

15 sentyabr 2015 | 15:00

15 sentyabr- “Bilik günü” Respublikamızın hər yerində olduğu kimi Balakəndə də yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Nizami adına şəhər 1 saylı tam orta məktəbdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, iqtisadi cəhətdən güclənən dövlətimizdə yeni məktəb binalarının tikintisinə, əsaslı təmir edilməsinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə xüsusi fikir verilir. Hazırda  Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Dövlətimiz qara qızıldan gələn gəlirləri insan kapitalına çevirməyi qarşıya məqsəd kimi qoymuşdur. Bilikli, savadlı, milli adət və ənənələrimiz ruhunda tərbiyə almış gənc nəslin formalaşması üçün dövlətimiz tərəfindən məktəblərdə hər cür şərait yaradılmışdır.
Nizami adına şəhər 1 saylı məktəbin uğurlarından bəhs edən rayon rəhbəri İslam Rzayev qeyd edib ki, məktəbin məzunları dünyanın müxtəlif ölkələrində-İngiltərə, Kanada, Almaniya universitetlərində təhsil alırlar. Bu il ali məktəblərə qəbul imtahanlarında 695 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş Gulay Ömərova da Nizami adına şəhər 1 saylı məktəbin məzunudur. Arzu edirəm ki, məktəbin gələcək məzunları Gülay Ömərovanın uğurlarını təkrarlasınlar və daha da artırsınlar.
Sonda rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev “Bilik günü” və yeni dərs ili münasibətilə müəllim və şagirdləri təbrik etdi.

Keçidlər