Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Məhsul bolluğu bayramı “keçirildi

27 oktyabr 2015 | 16:00

2015-ci il oktyabr ayının  26-da  Balakən rayon Mədəniyyət Mərkəzində  “Məhsul  bolluğu bayramı”keçirildi.
Bu müstəqillik tarixində 4-cü dəfə keçirilən  məhsul bayramıdır.
Məhsul bayramında rayonun  sahibkarları,fermerləri və iş adamları cari ildə istehsal etdikləri kənd təsərrüfatı  məhsullarını nümayiş etdirdilər.
“Məhsul bolluğu bayramı”nda  rayonda istehsal olunan  bütün növ kənd təsərrüfatı  məhsulları nümayiş etdirildi.
Rayon İcra Hakimiyyətinin başçısı  İslam Rzayev və onu müşayiət edənlər  sərgilərə baxış  keçirdikdilər.
Sonra Səyyad Əlizadə, Aysel Əlizadə, Aşıq Samirə,Vasif Məhərrəmli və Səməd Əlizadə, Əhmədiyyə Musayev ,Burhan Rəşidov və  digər dəvət olunan tanınmış incəsənət ustalarının ifasında  mahnılar dinlənilmişdi.
Balakəndə keçirilən “Məhsul bolluğu bayramı”çoxlu sayda ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək əhval-ruhiyyə şəraitində başa çatmışdır.

Keçidlər