Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

13 noyabr 2015 | 16:00

Tədbiri Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq bildirmişdir ki,  20 il əvvəl - 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu -Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Ümummilli liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır. Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş və ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açmış və bütün sahələrdə inkişafa təkan vermişdir.
Daha sonar çıxış edənlər  müstəqil dövlətimizin ilk Konstitusiyası barədə də ətraflı  danışmış, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının dövlətimizin əsas prioritet məqsədləri sırasına daxil edildiyini qeyd etmişlər.

Keçidlər