Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ağsaqqalları ilə görüş keçirilib

17 noyabr 2015 | 16:00

Noyabrın 17-də rayon  İcra Hakimiyyətində  ağsaqqallarla görüş  keçirilib. “Milli Dirçəliş günü” münasibətilə görüş iştirakçılarını təbrik edən, Balakən RİH-in başçısı İslam Rzayev  bildirib  ki, 17 noyabr 1988-ci ildə  başlanan  xalq hərəkatı Azərbaycanın  müstəqilliyinə  yol açdı. Ulu öndər ikinci dəfə hakimiyyətə  gələndən sonra Azərbaycanın müstəqilliyi daha da  möhkəmləndi, dönməz və əbədi  oldu. Hazırda ulu öndərin  siyasi xətti  ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən  uğurla davam etdirilir, Azərbaycan günü-gündən inkişaf edir, sabitlik   və əmin- amanlıq  hökm  sürür. Ölkə Prezidenti  rayonumuza  4 dəfə səfər edib, bu  səfərlərdən  sonra göstərilən qayğı sayəsində rayonun siması  yaxşılığa doğru dəyişib.
RİH-nin başçısı eyni zamanda qeyd etdi ki, ağsaqqallarla mütəmadi olaraq  görüşürük, onların dəyərli  məsləhətlərini  işimizdə nəzərə alırıq.  Rayonun  gələcək inkişafı, narkomaniyaya və radikal dini  təriqətlərə  qarşı mübarizə, sosial-iqtisadi  sahədə  görüləcək işlər barədə ağsaqqalların rəy və təklifləri mütəmadi diqqətdə saxlanılır.

Keçidlər