Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda ağacəkmə aksiyası keçirilib

20 noyabr 2015 | 16:00

Yeni  Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə İDEA  İctimai Birliyinin başlatdığı ənənənin davamı olaraq Balakən rayonunda ağacəkmə aksiyası keçirilib. YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə,  mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Aksiya zamanı ümumilikdə bir minə yaxın ağac  şam ağacı əkilib, onlara qulluq göstərilib.

Keçidlər