Balakən rayonunun Qazbinə kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir
Oktyabrın 17-də Balakən rayonunun Qazbinə kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Açılışda rayon İcra Hakimiyyətinin başçısı cənab İ.Rzayev, Millət vəkili xanım R.Aslanova, “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin direktoru cənab E.Abbasov, “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı cənab T.Əliyev, ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları iştirak etmişlər.
Mərasimdə 350 abonenti olan Qazbinə kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 28,4 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkildiyi qeyd olunmuşdur. Abonentlərin hər biri üçün fərdi tənzimləyici və sayğac quraşdırılmışdır.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri Qazbinə kəndinə ilk dəfə olaraq təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.