Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 20 Yanvar faciəsi qurbanları yad edilib

20 yanvar 2016 | 16:00

 Bu gün Balakən rayonunda  20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İctimaiyyət nümayəndələri və minlərlə rayon sakini şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin abidəsi önünə tər qərənfillər qoyulub və respublikanın hər yerində olduğu kimi Balakəndə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilib.

Sonra rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş “Vətən uğrunda ölüm həyatın davamıdır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər