Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Balakən rayon təşkilatında anım tədbiri keçirilib

18 yanvar 2016 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümü qeyd olunub.  Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Balakən rayon təşkilatının sədri, RİHB-nın birinci müavini Azad Balayev 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışaraq bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz aktı kimi tarixə düşsə də, həmin gün, eyni zamanda, soydaşlarımızın yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur. Belə ki, qanlı yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Natiq qeyd etdi ki, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək  mətbuat konfransı keçirmiş, bu qanlı aksiyaya kəskin etirazını bildirmişdir. Ulu öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rol oynadığını diqqətə çatdıran natiq bildirdi ki, ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlamışdır. Hazırda bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə uca tutulacaq.

Keçidlər