Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat iclası keçirilib

30 yanvar 2016 | 16:00

Balakən rayonunun qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində qrafikə uyğun olaraq 2015-ci ilin yekunları müzakirə olunub. Bununla əlaqədar sonuncu hesabat iclası Balakən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin olmuşdur.
Hesabatda rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, əlaqədar idarə və təşkilatlar, rayonun təsərrüfat xidmətlərinin rəhbərləri və şəhər sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Prezident İlham Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib. İslam Rzayev gələcəkdə Balakən şəhərin daha da abadlaşdırılması, burada sakinlər üçün hər cür şəraitin yaradılması üçün görüləcək işlərdən danışıb.
Balakən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat məruzəsi dinlənildikdən sonra sonra şəhər sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən bir sıra müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər