Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

30 mart 2024 | 12:08
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən şəhərində anım tədbiri keçirilib. Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüb, məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxıblar.
Çıxışlarda bildirilib ki, Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində bu gün də mühüm addımlar atılmaqdadır.
Qeyd edilib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, 31 Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası alındı. Hər bir azərbaycanlı 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.
Keçidlər