“Diqqət: Sual!” adlı intellekt Festivalı başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Qrant müsabiqəsinin qalibi olan, Balakən rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsi tərəfindən dəstəkənən Balakən rayonunda həyata keçirilən “Diqqət: Sual!” adlı intellekt Festivalı çərçivəsində 70 komandada 420 nəfər gəncin iştirakı ilə 8 seçim turu və final mərhələsi keçirilib. Müsabiqə 2015-ci ilin noyabr ayında başlamış və rayonun bütün ümumtəhsil orta məktəblərini əhatə edib.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında təşkil olunan Festivalın Final mərhələsində 16 komanda iştirak edib. Müxtəlif təşkilat nümayəndələrinin qonaq kimi iştirak etdiyi Festivalda Nizami məktəbinin “Lord+1” komandası I yeri, Liseyin “Hell” komandası II yeri, “Zirvə” və “Expendables” komandaları III yeri tutmuşlar. Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Balakən rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual potensialın yüksəldilməsi, gənclərin zərərli vərdişlərə deyil kitaba, dünyagörşünü artırmağa istiqamətlənmiş fəaliyyətlə məşğul olmalarına, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.