Balakən rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Balakən rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Balakən rayon İcra Hakimiyətinin başçısı cənab İslam Rzayev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları öncə Qarabağ şəhidlərinin xatirəsinə “Şəhidlər Xiyabanı” nda ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsindən bəhs edən rəsm əsərlərinin sərgisinə baxış keçirilib.
Rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş “Heç zaman yaddaşlardan silinməyən izlər” adlı ədəbi-bədii kompozisiya və Vahid Mustafayevin “Xoca” filmi nümayiş etdirilib.