Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının təsis olunmasının 23-cü ildönümü qeyd olunub

04 mart 2016 | 16:00

04 mart 2016-ci il tarixdə YAP Balakən rayon təşkilatının yaranmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları,  rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ziyalılar iştirak edib.

RİHB-nın I müavini, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev məruzə ilə çıxış  çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın yaradılması tarixi zərurətdən doğmuş, böyük tarixi hadisədir. Yeni Azərbaycan Partiyası və onun böyük lideri, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyub.
Azad Balayev qeyd edib ki, 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yenicə müstəqillik qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunda da ziyalıların bir qrupunun təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının təsis olunması məqsədilə əhali arasında istiqamətləndirici iş aparıldı. Rayon təşkilatının yaradılması prosesinə başlanıldı. Təşəbbüs qrupunun gərgin səyləri nəticəsində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün maneələr törətməsinə baxmayaraq 1993-cü ilin mart ayının 7-də Yeni Azərbaycan Partiyası Balakən  rayon təşkilatı təsis edildi. Bu gün partiyanın ən böyük uğurlarından biri onun sıralarının günbəgün genişlənməsidir. 70 nəfər ziyalının təşəbbüsü ilə təsis edilən YAP Balakən rayon təşkilatı bu gün 70 ərazi ilk təşkilatı və beş minə qədər partiya üzvünü öz ətrafında birləşdirir. Məlumat verilib ki, 2015-ci ildə 135 nəfər partiyaya üzv qəbul olunmuş, bu ilin I rübündə artıq 55 nəfər partiya sıralarına qəbul olunmaq üçün müraciət etmişdir. Bu Heydər Əliyev ideyalarına sədaqətin, inamın, etibarın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilmişdir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Heydər Əliyevin qeyd etdiyi kimi - “Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”. Hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.
           Daha sonra çıxış edənlər rayon təşkilatının yaradıldığı dövrdəki ictimai-siyasi vəziyyət və çətinliklərdən bəhs edərək bu gün ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyaları nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd ediblər. Bildiriblər ki, YAP qarşısında duran - Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyatın yaradılması kimi əsas vəzifələri uğurla yerinə yetirib.
Sonda partiyaya yeni daxil olmuş üzvlərə YAP-ın üzvlük vəsiqələri verilib.

Keçidlər