Şriftin ölçüsü :

Saytın rəngi :

Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqın həyat tərzidir

31 mart 2016 | 16:00

Multikulturalizm   ölkəmizin  tolerantlıq mərkəzi kimi  bütün dünyada nüfuzunun  daha da artmasına  xidmət edir.Ölkəmizdə 2016-cı il respublika  Prezidentinin  sərəncamına  əsasən “Multikulturalizm ili” elan edilib. Respublikamızın  bir bölgəsi olan  rayonumuz da  çox qədim  multikultural  dəyərlərə  malikdir. Rayonumuz  respublikamızda ən  tolerant  rayonlardan biridir. Belə ki,rayonumuzda müxtəlif  millətlərin,dinlərin, mədəniyyətlərin nümayəndələri yaşayır. Rayonumuzda  yaşayan avar, ləzgi, rus, yəhudi, ingiloy, gürcü, zaxur,belorus,talış,udin, lat, kürd, xaxol, çeçen, ingilis, tat və s. xalqların nümayəndələri  öz mədəniyyətlərini, adət-ənənələrini, dini ayinlərini, mərasimlərini heç bir  maneəyə rast gəlmədən ,dinc, sülh, əmin-amanlıq şəraitində yaşadırlar. Bu xalqlar əsrlərdən  bəri artıq biri-biri ilə  qaynayıb –qarışıb,qohumluq  münasibətləri səviyyəsində  mədəniyyətlərini inkişaf  etdiriblər, respublikamızın multikultural mühitinin bir parçasına  çevriliblər.  Azərbaycanda  multicultural dəyərlər qorunur, saxlanılır,bu dəyərlərə riayət olunur, heç bir dini, irqi ayrı-seçkilik yoxdur, deməli, burada  əmin-amanlıq,rahatlıq, multikultural təklükəsizlik vardır. Azərbaycanda etnik-dini müxtəlifliyin təmsilçilərinə  aid bütün dəyərlər dövlət  tərəfindən  qorunur. Dövlət onların  inkişafına dəstək verir. Etnik-dini azlıqların hüquqları Konstitusiya ilə qorunur,onlar cəmiyyətə sıx inteqrasiya edirlər.

Keçidlər