Gənclər orduya yola salınır
03 oktyabr 2012 | 15:00
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən,oktyabrın 1-dən 31-dək respublikamızda Milli ordu sıralarına çağırış elan edilmişdir. Hər yerdə olduğu kimi, rayonumuzda da ordu sıralarına çağırış yüksək səviyyədə təşkil olunmuşdur. Balakənli gənclər Müstəqil Azərbaycanın ordusunda qulluq etməyi özləri üçün böyük şərəf sayır, bundan sonsuz qürur hissi keçirirlər.
Oktyabrın 2-də rayon hərbi komissarlığının qarşısında gənclərin orduya yola salınma mərasimi keçirilmişdir. Bu izdihamlı tədbirdə rayon rəhbərliyi, ağsaqqallar, müharibə veteranları, ictimaiyyətin nümayəndələri iştirak etmiş, Vətənin müdafiəsinə yollanan gənclərə öz xeyir-dualarını söyləmişlər.