Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

01 aprel 2016 | 16:00

Balakəndə  31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb. Ümumrayon anım mərasimində iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət edərək önünə gül dəstələri düzüb.
Mərasimdə rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan yüzlərlə rayon sakini soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirib, abidə önünə tər gül dəstələri düzüblər və şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasiminin davamı olaraq rayon Mədəniyyət Mərkəzində Hüseyn Cavidin “İblis” pyesi nümayiş olunub. Faciələrimizin heç zaman unudulmaması, gənclərin qanlı tariximizi dərindən bilmələrinin vacibliyi təsirli poetik vasitələrlə diqqətə çatdırılıb.

Keçidlər