Balakənlilər cəbhə bölgəsində aparılan hərbi əməliyyatları dəstəkləyirlər
Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Balakəndə ümumrayon toplantısı keçirilib.
Rayonun idarə müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqaları, ehtiyatda olan zabitlər, Qarabağ müharibəsi müharibəsi veteranları, rayon içtimaiyyəti, fəal gənclər vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdiriblər.
Əvvəlcə torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, xalqımız Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi altında növbəti qələbəsini qazandı. Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan ordusu düşməni lazımı şəkildə cəzalandırdı və düşmən böyük itkilər verdi. Bu isə öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi. Düşmənlərə layiqli cavab verməyə və işğal altında olan ərazilərimizi hər an azad etməyə qadir ordumuz daha da mətinləşir. Azərbaycan sülh, əmin- amanlıq tərəfdarı olduğundan işğal altında olan ərazilərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə üstünlük verir. Ermənistan tərəfi işğalçılıq missiyasından əl çəkmədiyini qətiləşdirərsə, o zaman qarşısında qüdrətli Azərbaycan ordusunu görəcəkdir.Azərbaycan ordusu bundan sonra da düşmənin bütün təxribatlarını cavabsız qoymayacaqdır. Düşmənə bundan sonra da layiqli cavab veriləcəkdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon idarəsinin rəisi Fuad Canıyev isə ön cəhbədə baş verən hadisələrlə bağlı məlumat verib. Bildirib ki, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala biliblər, eyni zamanda, daha əlverişli hərbi mövqeləri ələ keçiriblər.Və bununla da təmas xəttində Azərbaycan ordusu üstünlüyü daha da möhkəmləndirib.
Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, torpaq uğrunda ölən varsa Vətəndir. Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarının işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Qədirbilən Azərbaycan xalqı Vətənin azadlığı uğrunda canlarından keçən övladları ilə bu gün də fəxr edir, onların xatirəsini əbədi yaşadır.
Biz əminik ki, ölkə prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində işğal altında olan torpaqlarımız sülh yolu ilə azad olunacaqdır. Əgər sülh prosesi baş tutmasa hər birimiz ali baş komandanın əmri ilə torpaqlarımızın azadlığı uğrunda canımızı fəda etməyə hazırıq.