Balakəndə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
05 aprel 2016-ci il tarixdə Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə Respublika Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə məktəblilər və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Xatirə Səfərova məktəblilərə hazırkı əmək bazarında tələb olunan ixtisas və peşələr, onların gələcək prespektivləri, gələcəkdə məşğulluqlarının təmin olunmasında düzgün peşə seçiminin vacibliyi ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, məktəblilərin maraq və meyllərini, qabiliyyətlərini, bacarıqlarını nəzərə alaraq düzgün peşə seçmələrinin vacibliyi, peşəyönümü işinin düzgün aparılmasının xüsusi əhəmiyyətə malikdir.
“Azerbaijan Training Education Consulting Assosiation” MMC-nin nümayəndəsi Elnur Tağıyev qeyd edib ki, peşəyönümü işinin səmərəli təşkili gənc nəslin gələcək karyerasının müəyyənləşdirilməsində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır.