Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi-idman oyunları gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır

08 aprel 2016 | 16:00

“Şahinlər” hərbi-idman oyununun apreldə Şəkidə keçiriləcək zona mərhələsinin yarışlarında Balakən rayonunu Qazma kənd 1 nömrəli tam orta məktəbin komandası təmsil edəcək. Kənd məktəbinin komandası hərbi-idman oyununun rayon mərhələsində qalib gələrək bu hüququ qazanıb.
Sarıbulaq kənd məktəbinin idman meydançasında keçirilən rayon birinciliyinin final mərhələsində ilkin seçim turlarında ən yaxşı nəticə göstərən 7 məktəb komandası iştirak edib. Məktəblilər sıra hazırlığı, maneələrin dəf olunması, turnikdə dartınma, kəndir vasitəsi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə, sanitarların hazırlığı və digər yarışlarda mübarizə aparıblar. Katex kənd 1 nömrəli tam orta məktəbin komandası yarışları ikinci pillədə başa vurub. Qabaqçöl qəsəbə məktəbinin komandası rayon birinciliyində üçüncü yeri tutub.
Qalib komandalar kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.
Ənənəvi olaraq hər il keçirilən bu yarışlar yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarına xidmətə hazırlanmasına kömək məqsədi daşıyır.

Keçidlər