Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Çernobıl qəzasının 30-cu ildönümü qeyd olunub

29 aprel 2016 | 16:00

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının 30-cu ildönümü ilə bağlı Balakən rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilib. Mərasimdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom-Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur: "Bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 30 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər".
İslam Rzayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır: "Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı Cənab İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir".
Çıxış edənlər qeyd ediblər ki, dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib. Çernobılçılar onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını birdiriblər.
Tədbirin sonunda Çernobıl əlillərinə hədiyyələr təqdim olunub.

Keçidlər