Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir

29 aprel 2016 | 16:00

28.04.2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Zərifə xanım Əliyeva – böyük alim, səmimi insan, gözəl ana”  mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayonun müxtəlif idarə, müəssisə təşkilatlarından nümayəndələr və fəal gənclər iştirak etmişdir.
Dəyirmi masa iştirakçıları görkəmli alim Zərifə xanım Əliyevanın çox zəngin və əhatəli elmi fəaliyyəti, dəyərli elmi tədqiqatları, yüksək ixtisaslı tibb mütəxəsislərinin yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açmışlar, eyni zamanda milli dəyərlərimizə sadiqlik, mənəvi təmizlik, xeyirxahlıq, vətənpərvərlik, təvəzökarlıq kimi yüksək insani xüsusuyyətlərə malik olan  Zərifə xanım Əliyevanın  sədaqətli həyat yoldaşı, mehriban  və qayğıkeş ana olmasından geniş danışılmışdır.

Keçidlər