“Vətən Sərhəddən başlayır” mövzusunda tədbir keçirilib
17 may 2016 | 16:00
Abbas Səhhət adına Hənifə kənd tam orta məktəbində “Vətən Sərhəddən Başlayır” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd məktəbli gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi və Milli Orduya hazırlığına kömək,onların sərhədçi peşəsinə marağının artırılması, sərhədlərin qorunmasında gənclərin və ictimaiyyətin qüvvəsindən səmərəli istifadəyə nail olmaqdır.
Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şerlər söyləyib və mahnılar oxuyublar.