Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə baramaçılıq və tütünçülüyün inkişafı üçün potensial imkanlar var

19 may 2016 | 16:00

Balakən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq  rayonlarda  kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun müşavirəsi keçirilib.
İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və Sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov və qrupun üzvləri, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əvvəlcə yerlərdə fermerlərlə görüşmüş, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar. Görüş fermerlərin, aqrar sahədə çalışan sahibkarların, təsərrüfat rəhbərlərinin, mütəxəssislərin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.

      Müşavirəni Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq rayonda kənd təsərrüfatı işlərinin gedişi, rayon üçün ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
           Dövlət başçısının tütünçülük və baramaçılığın inkişafı ilə bağlı konkret vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdıran RİH-nin başçısı bildirib ki, dövlət tərəfindən bu gəlirli sahələrin inkişafı üçün bütün imkanlar səfərbər edilib. Buna nail olmaqla kənd yerlərində fermerlərin, məhsul istehsalçılarının həyat səviyyəsini, maddi rifah halını daha da yüksəltmək mümkündür. Balakəndə tütünçülük və baramaçılığın inkişafı üçün geniş perspektivlər vardır. Odur ki, bu sahələrdə problemlərin və çətinliklərin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Müşavirədə çıxış edən işçi qrupunun rəhbəri Azər Əmiraslanov Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına əsasən yaradılan işçi qrupu tərəfindən rayonlarda belə görüşlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu görüşlər rayonların aqrar sahədə potensialını və imkanlarını öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaq məqsədi ilə keçirilir.
Rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələri ilə bağlı ixtisaslaşmanı təqdirəlayiq hal hesab edən qonaqlar bildiriblər ki, təsərrüfat rəhbərlərinin, iş adamlarının, fermerlərin diqqəti kənd təsərrüfatının, xüsusən də bitkiçiliyin ən mühüm və vacib istiqamətlərinə yönəlib. Onlar yerli əhalinin bu sahədə böyük təcrübəsinin olduğunu vurğulayıblar.
Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, onların təklifləri dinlənilmişdir. Müşavirədə səslənən bütün təklif və müraciətlər baxılmaq üçün nəzarətə götürülmüşdür.

Keçidlər