Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə kitab bayramı keçirilib

26 may 2016 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Balakəndə ənənəvi kitab bayramı keçirilib.
Bayram çərçivəsində müxtəlif mövzularda, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətinə dair nəşrlər, Balakənin tarixini əks etdirən sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ədəbiyyatı təbliğ etmək, gənc nəsildə kitaba məhəbbət aşılamaq məqsədi ilə keçirilən ənənəvi kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə müsbət təsirindən danışıblar.
Kitab bayramında məktəblilər ümummilli lider Heydər Əliyevə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söyləyib, müxtəlif kompozisiya və səhnəciklər təqdim ediblər.

Keçidlər