Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “İnsan hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib

11 iyun 2016 | 16:00

“İnsan hüquqları aylığı” çərçivəsində rayonun müxtəlif idarə və təşkilatlarında, təhsil müəssisələrində keçirilən silsilə tədbirlərin davamı olaraq 09 iyun 2016-cı ildə Heydər Əliyev Mərkəzində "Hüquqlarımızı tanıyaq" başlığı altında dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva açaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda "Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirib, Respublikada uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlər haqqında məlumat verib. T.Səmədov çıxışının sonunda iştirakçıları qarşıdan gələn 15 İyun - Milli Qurtuluş günü münasibətilə təbrik edərək bu günün böyük ictimai, siyasi, tarixi əhəməiyyət kəsb etdiyini, Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini özünə qaytardığını vurğulayıb.
RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Nazilə Annaqiyeva çıxışında 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı” çərçivəsində hər il sistemli şəkildə maarifləndirici xarakterli görüşlərin gənclərin hüquqi düşüncəsinin, mədəniyyətinin inkişaf etdirilməsinə, hüquqlarının bilməsinə və müdafiəsinə töhfə verilməsindən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyin artırması sahəsində Milli Fəaliyyət Proqramının uğurlu icrasından bəhs edib.
Daha sonar iştirakçılara ailədə, cəmiyyətdə hüquqlarının pozulduğu halda onların hansı formada müdafiəsinin mümkünlüyü haqqında maarifləndirici məlumatlar verilib və  qarşılıqlı fikir mübadiləsi aparılıb.

Keçidlər