Məleykə Abbaszadə Balakən rayonunda vətəndaşları qəbul edib
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 21-də Balakən rayonunda vətəndaşları qəbul edib. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, dövlət qulluğuna və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydaları, buraxılış imtahanları, elmi-metodiki seminarlar və s. məsələlərə dair Şura sədrinə rəy və sorğularını bildiriblər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.