Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunub

22 iyun 2016 | 16:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti iyunun 21-də Balakən rayon mədəniyyət mərkəzində “Qürbətdən gələn məktublar” tamaşası ilə çıxış edib. Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanmış iki hissəli pyesin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edib.
Tamaşa izləyicilərin böyük marağına səbəb olub.

Keçidlər