Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il-milli tariximizin unudulmaz günü” mövzusunda seminar –müşavirə keçirilmişdir.

16 iyul 2016 | 16:00

     14 iyul 2016-cı  il tarixdə YAP Balakən rayon təşkilatının inzibati binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 47-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il-milli tariximizin unudulmaz günü”  mövzusunda seminar –müşavirə  keçirilmişdir.

    Seminar-müşavirəni giriş sözü ilə RİHB-nin  I müavini, YAP Balakən rayon təşkilatının sədri  Azad Balayev ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişini respublikamızın bir neçə il ərzində hərtərəfli inkişafı və milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bu gün Heydər Əliyev ideyasına sadiq qalan, onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.
      Tədbirdə RİHB-nın müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Mehparə Nuriyeva məruzə ilə çıxış edib. Məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyevi xatırlayarkən dahi bir insan, misilsiz düha sahibi, müdrik bir rəhbərlə eyni dövrdə yaşamağımızdan məmnun oluruq. Təqribən 35 il Azərbaycan dövlətinə başçılıq etmiş bu qüdrətli, dahi rəhbər özünəməxsus xüsusiyyətləri ilə seçilmiş, dünya siyasət məkanında əvəzsiz yer tutmuşdur. Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 47 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.
      Daha sonra seminar-müşavirədə “Balakən” qəzetinin redaktoru Mürsəl Mikayılovun,  rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayevin, Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Taleh  Şahverdiyevin, rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Sərxan Hacıyevin çıxışları dinlənilib.

Keçidlər