Şriftin ölçüsü :

Saytın rəngi :

Uğurlu gələcəyin banisi

14 iyul 2016 | 16:00

13 iyul 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk siyasi hakimiyyətə gəlişi günü ilə əlaqədar “Uğurlu gələcəyin banisi” adlı dəyirmi masa keçirlimişdir. Dəyirmi masada rayon icra hakimiyyətindən, mədəniyyət və turizm şöbəsindən, gənclər idman idarəsindən, təhsil şöbəsindən, digər müəssisə və təşkilatlardan nümayəndələr iştirak etmişlər.
Tədbir iştirakçıları Heydər Əliyevin Azərbaycana ilk siyasi rəhbərliyə gəlişi ilə təməli qoyulmuş təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və sənayenin  inkişafına yönəlmiş məqsədyönlü islahatların qısa müddət ərzində uğurlu nəticələrindən və bu düşünülmüş uzaqgörən siyasətin müasir müstəqil Azərbaycan dövlətinin sürətli inkişafında, dünya miqyasında tanınmasında müstəsna rolundan bəhs ediblər.

Keçidlər