Nəqliyyat Naziri Ziya Məmmədov Balakəndə
29 iyul 2016 | 16:00
Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov iyulun 29-da Balakən rayonunda qəbul keçirib.
Nazir Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.
Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.