Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar məşqçi, SSRİ idman ustası İsmayıl Çöpsiyevin 70 illik yubileyinə həsr olunmuş yeniyetmə güləşçilər arasında açıq respublika turnirinə start verilib

30 iyul 2016 | 16:00

İyulun 30-da Balakən rayonunda əməkdar məşqçi, SSRİ idman ustası İsmayıl Çöpsiyevin 70 illik yubileyinə həsr olunmuş 2000, 2001 və 2002-ci il təvəllüdlü güləşçilər arasında açıq respublika turnirinin açılışı olub.
Açılış mərasimində çıxış edən Balakən rayon İcra Hakimiyətinin başçısı İslam Rzayev 70 illik yubileyi münasibətilə İsmayıl Çöpsiyevi ürəkdən təbrik edib,ona uzun ömür, can sağlığı və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edəcək idmançılar yetişdirməyi arzulayıb. İ.Rzayev Balakəndə idmanın kütləviliyinə, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunmasında, gənclərin sağlam həyat tərzinə alışmasında İsmayıl Çöpsiyevin fəaliyyətini yüksək qiymətləndirib. Arzu edib ki, İsmayıl müəllimin yetirməsi, hamımızın fəxri,  dünya və Avropa çempionu Rəsul Çunayev gələn ay keçiriləcək  Rio Yay Olimpiya Oyunlarında qələbə qazansın.
Digər çıxış edən natiqlər İsmayıl Çöpsiyevi 70 illik yubileyi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Keçidlər