“Azərbaycan Multikulturalizm modeli dünyada sülh-qardaşlıq, dözümlülük ideyasının yayılmasına töhvəmiz”
02.08.2016-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Əks – Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının Maliyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan multikulturasiya modeli kimi: müxtəlif millətlərin və inteqrasiya məsələləri və bu günkü mənəvi vəziyyətinin tədqiqi” lahiyəsi çərçivəsində keçirilən “Azərbaycan Multikulturalizm modeli dünyada sülh-qardaşlıq, dözümlülük ideyasının yayılmasına töhvəmiz” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti və müxtəlif idarə müəssisə, təşkilatlarından nümayəndələr iştirak etmiş, mövzu ətrafında geniş qarşılıqlı fikir mübadiləsi aparılmışdır.