Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə satış yarmarkası keçirilmişdir.

07 avqust 2016 | 16:00

Avqust ayının 6-da rayon Ticarət Mərkəzində rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə satış yarmarkası keçirilmişdir.
Yarmarkada şəhər əhalisinə kolxoz bazrından aşağı qiymətə kənd təsərrüfatı məhsullarının satışı təşkil olunmuşdu. Rayon rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan yarmarkadan şəhər sakinləri razı qaldılar. Bu cür səmərəli yarmarkanı hər həftənin şənbə və bazar günləri keçirmək nəzərdə tutulmuşdur.
Qeyd edək ki, rayonumuz Bakı şəhərində keçirilən kənd təsəsrrüfatı məhsullarının satışı yarmarkasında da müntəzəm iştirak edir. Belə yarmarkaların şəhər əhalisinin tələbatının ödənilməsi məqsədilə keçirilməsi diqqətəlayiq haldır.

Keçidlər