Şriftin ölçüsü :

Saytın rəngi :

İsrailin ölkəmizdəki səfiri Balakən rayonunda səfərdə olub

26 avqust 2016 | 16:00

İsrailin ölkəmizdəki səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 25-də Balakən rayonunda olub.
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev keçirilən görüşdə diplomata Balakən rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən söhbət açılıb. Səfir Azərbaycan ilə İsrail arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini bildirib.
Balakənə səfəri çərçivəsində səfir Dan Stav XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə Məscidində olub, həmçinin “Balacans” MMC konserv istehsalı müəssisəsinə baş çəkib, istehsal prosesi ilə maraqlanıb, yerli sahibkarlarla söhbətləşib.

Keçidlər