Niderland Krallığının Limburq əyalətindən gəlmiş nümayəndə heyəti Balakəndə
17 noyabr 2012-ci ildə Niderland Krallığının Limburq əyalətindən gəlmiş nümayəndə heyəti RİH-də qəbul edilmişdir. Qəbula RİH-nin I müavini A.Balayev rəhbərlik etmiş, görüşdə RİHB-nın müavinləri, şəhər və Katex kənd bələdiyyələrinin sədrləri iştirak etmişlər.
Niderland Krallığı Valkenburq bələdiyyəsinin sədri Martin Yorlinqsin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi aşağıdakı kimi olmuşdur:
1. Martin Yorlinqs (Martin Eurlings) - Valkenburq bələdiyyəsinin sədri
2. Bert Doven (Bert Dauven) - Valkenburq bələdiyyəsinin sədrinin təhsil, mədəniyyət, səhiyyə və sosial rifah sahələri üzrə müavini
3. Yan Linssen (Jan Linssen) - Venlo bələdiyyəsinin “Qrinpark” biznes parkının direktoru
4. Elvin Halşer (Elwin Hulscher) – Venlo bələdiyyəsinin “Qrinpark” biznes parkının proyekt meneceri
5. Yap Yukelom (Jaap Heukelom) – Limburq əyalətinin “LİOF” (Limburqun İnkişafı və İnvestisiyalaşdırılması) təşkilatının nümayəndəsi
6. Ardi Assink (Ardy Assink) - Limburq əyalətinin Ticarət Palatasının “Beynəlxalq Ticarət və Regionların İnkişafı” şöbəsinin rəhbəri
7. İradə Uluxanova – “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin rəhbəri
Nümayəndə heyəti ilə çay stolu arxasında keçirilən görüş zamanı qonaqlara Balakən rayonu haqqında ətraflı bilgi verilmişdir. Valkenburq bələdiyyəsinin sədri Martin Yorlinqs özü ilə gətirdiyi kiçik suvenir və hədiyyələri RİHB-nın I müavini A.Balayevə təqdim etmişdir. Katex kəndində verilən nahardan sonra qonaqlar “Balacans” MMC-də olmuş, istehsal prosesi ilə tanış olmuşlar. Daha sonra Heydər Əliyev parkında gəzinti olmuşdur. Həmin gün saat 1800 radələrində nümayəndə heyəti Şəki şəhərinə yola düşmüşdür.