Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun orta ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi

15 sentyabr 2016 | 16:00

Azərbaycanın hər bir guşəsində böyük bayram sevinci və yüksək əhvali-ruhiyyə ilə qeyd edilən “Bilik günü” münasibətilə Balakən rayonunda da ənənəvi tədbirlər keçirilib. Yeni dərs ilinin açılış mərasimlərində Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildiriblər. Məhz bu gündə təhsil sahəsinin möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri olduğu qeyd edilib. Qeyd edilib ki, ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqları tikilib, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir.
Mərasimlərdə bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələri arzulandı.
"İlk zəng"in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.

Keçidlər