Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə daha bir bağçanın açılışı oldu

20 sentyabr 2016 | 16:00

20 sentyabr 2016-cı il tarixdə Balakən rayon Hənifə kənd 1 saylı uşaq bağçası-körpələr evinin əsaslı təmirdən sonra açılışı olub. Açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nəsib Məhəməliyev, Yaqub Mahmudov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən RİH-nin başçısı İslam Rzayev yeni bağçanın açılışı münasibətilə kənd sakinlərini təbrik edərək  bildirib ki, 1976-ci ildən fəaliyyət göstərən və indiyədək təmir edilməyən  körplər evi-uşaq bağçası yerli imkanlar hesbına əsaslı təmir olunub. Burada uşaqların təlim və tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. İ.Rzayev qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.
Sonda bağçanın əsaslı təmirdən sonra açılışını bildirən rəmzi lent kəsilib, qonaqlar burada körpələr üçün yaradılan şəraitlə tanış olublar.

Keçidlər