Şriftin ölçüsü :

Saytın rəngi :

600-dən yuxarı bal toplayan məzunlarımız

05 sentyabr 2016 | 16:00

2015-2016-cı tədris ili Balakən təhsili üçün ən uğurlu illərdən olmuşdur. Belə ki, həmin tədris ilində rayon üzrə 202 nəfər məzun ölkəmizin ayrı-ayrı ali məktəblərinə qəbul olunmuşdur ki,onlardan 11 nəfəri 600–dən yuxarı bal toplamışdır. Bizlərə sevinc bəxş edən həmin məzunları siz də tanıyın: 


Ülviyyə Şamil qızı Taralova,1999-cu ildə Balakən rayonunun Qullar kəndində  anadan olmuşdur. 2005-ci ildə Qullar kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə, 2011-ci ildə  isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə daxil olmuş, 2016-cı ildə  XI sinfi bitirmişdir. Qəbul imtahanlarından rayon üzrə ən çox-677 bal toplayan Ülviyyə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ”İqtisadiyyat” fakültəsinə qəbul olunmuşdur. Biz də Ülviyyəni təbrik edir və gələcək təhsil yollarında ona uğurlar diləyirik.
Məmmədov Naxid Nadir oğlu, 1999-cu ildə Rusiya Federasiyasının Samara şəhərində anadan olmuşdur. 2005-ci ildə M.P.Vaqif adına Tülü kənd tam orta məktəbin 1-ci sinfinə daxil olan Naxid 2012-ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VIII sinfinə qəbul edilib. 2016-cı ildə liseyi bitirərək qəbul imtahanları zamanı 660 bal toplayan məzun Bakı Ali Neft  Məktəbiinin “Neft-qaz mühəndisliyi” fakültəsinə daxil olub. Gələcəkdə neft mühəndisi olmaq arzusunda olan Naxidə bu yolda biz də uğurlar diləyirik.
Nəbiyev Rəsul Həybullah oğlu, 1999-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. 2005-ci ildə Meşəşambul kənd tam orta məktəbin 1-ci sinfinə daxil olan Rəsul 2011-ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul edilmişdir. 2016-cı ildə liseyi Qızıl medalla bitirən Rəsul Nəbiyev qəbul imtahanlarından 658 bal toplayaraq ”Qafqaz” Universitetinin”kompüter mühəndisliyi” fakültəsinə daxil olmiuşdur. Sənə də yeni-yeni təhsil uğurları arzulayırıq, Rəsul.
Cəmilə Vahid qızı Bullayeva, 1999-cu ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. 2006-cı ildə Nizami adına şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin XI sinfini  bitirmişdir. IV ixtisas qrupuna hazırlaşan Cəmilə kimya və biologiya fənlərindən olimpiadada iştirak etmişdir. Buraxılış imtahanlarını əla qiymətlərlə başa vuran Cəmilə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək 642 bal toplamış, Azərbaycan Dövlət Tibb Universitetinin”Müalicə işi”fakültəsinə daxil olmuşdur.
Cəmiləyə biz də ali təhsil yollarında uğurlar arzulayırıq.
Xəlilova Humay Elxan qızı, 1998-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. Humay Xəlilova 2005-ci ildə Qazma kənd 2 saylı tam orta məktəbin 1-ci , 2011-ci ildə isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul edilmiş, 2016-cı tədris ilində liseyi bitirmiş, qəbul imtahanlarından 636 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Tibbi-profilaktika “ fakültəsinə daxil olmuşdur. İnsanlara şəfa vermək arzusunda olan Humay balamızı biz də təbrik edirik.
Hacıxanova Eminət Cuma qızı,1993-cü ildə Balakən rayonunun Hənifə kəndində ziyalı ailəsində anadan olub. 2005-ci ildə Qazma 1saylı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. Eminət Hacıxanova  qəbul imtahanları zamanı 628 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuşdur.
Məmmədli Nicat Niyazi oğlu, 1999-cu ildə Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində  anadan olmuşdur. Nicat Məmmədli 2005-ci ildə Balakən rayonu,Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul olunmuşdur. 2016-cı ildə liseyi bitirən Nicat qəbul imtahanlarından 626 bal toplayaraq “ADA” Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə daxil olmuşdur. Ölkəmiz üçün gərəkli peşədir. Sənə də bu yolda uğurlar diləyirik, Nicat.
Bazarova Mədinə Şamil qızı,1999-cu ildə Balakən rayonunun Şambul kəndində anadan olmuşdur. Mədinə Bazarova 2005-ci ildə Şambul kənd tam orta məktəbin 1-ci sinfinə, 2011-ci ildə isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə daxil olmuşdur. 2016-cı ildə liseyi bitirmiş, qəbul imtahanlarından 625 bal toplayaraq Xəzər Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinə daxil olmuşdur. Yolun açıq olsun, Mədinə.
Bayramova Aynur Anar qızı, 1999-cu ildə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. Aynur Bayramova 2005-ci ildə M.P.Vaqif adına  Tülü kənd 1 saylı orta məktəbin 1-ci sinfinə, 2011-ci ildə isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə daxil olmuş, 2016-cı ildə  liseyi bitirərərək qəbul imtahanlarından 624 bal toplamış, Azərbaycan Tibb Universitetinin “Mualicə işi” fakültəsinə daxil olmuşdur. Könlündən insanlara şəfa diləyi keçən Aynuru biz də təbrik edirik.
Suat Cəbrayıl qızı Əhmədova,1999-cu ildə Balakən rayonunun Katex kəndində  ziyalı  ailəsində anadan olmuşdur. 2005-ci ildə S.Qurbanov adına Katex kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. Məktəbdə keçirilən bilik yarışlarında, breyn-rinq oyunlarında  oxuduğu məktəbi layiqincə  təmsil etmişdir. Bu il qəbul imtahanlarında 609 bal toplayaraq Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” fakültəsiinə qəbul olmuşdur.

Pərvin Adil oğlu Hüseynov,1999-cu ildə Balakən şəhərində anadan olmuşdur. Pərvin Hüseynov 2005-ci ildə Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin 1-ci, 2009-cu ildə akademik Z.Əliyeva adına  şəhər 3 saylı tam orta məktəbin V sinfinə, 2011-ci ildə isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul edilmiş, 2016-cı ildə liseyi “Qızıl medal”la bitirərək, 607 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinə daxil olmuşdur. Əsrimiz kompüter əsridir. Şübhə yoxdur ki, Pərvin də bu sahədə gözəl mütəxəsis olacaq.
                                 Qızıl medalçılarımız
Qeyd edək ki,2015-2016-cı tədris ilində rayon üzrə üç “Qızıl medal”çı var. Onların hər üçü Hümanitar və texniki təmayüllü liseyin şagirdləridir. Həmin qızıl medalçılardan 2-sı haqqında yuxarıda məlumat vermişik. Onlar qızıl medalçı kimi 600-dən yuxarı bal toplamışlar.
3-cü qızıl medalçımız isə 578 bal toplayaraq Bakı Dövlət Universitetinin “Sosial iş” fakültəsinə daxil olan Rəvan Əliyevdir.
Əliyev Rəvan Əyyub oğlu,1997-ci ildə Balakən şəhərində anadan olmuşdur. 2005-ci ildə Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə, 2009-cu ildə akademik Z.Əliyeva adına  şəhər 3 saylı tam orta məktəbin V sinfinə, 2011-ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin VII sinfinə daxil olan Rəvan 2016-cı ildə liseyi”Qızıl medal”la bitirmişdir. Rəvan liseydə ən çalışqan, diqqətçəkən, məktəbin ictimai-siyasi, sosial həyatında fəal iştirak edən şagirdlərdən olmuşdur.
P.S. Avqustun 31-də rayon Təhsil Şöbəsində 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib.  Rayon rəhbərliyi məzunları təbrik etdikdən sonra onlara hədiyyələr təqdim olunub.  

Keçidlər