Şriftin ölçüsü :

Saytın rəngi :

1 noyabr Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı qeyd olundu

01 noyabr 2016 | 16:00

Toplantı iştirakçıları öncə rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular. Toplantıda rayon İcra Hakimiyyətinin başçsı cənab İslam Rzayev, kənd təsərrüfatı işçiləri, bələdiyyələr, fermerlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçılarını rayon Heydər Əliyev Mərkəzində İcra Hakimiyyətinin başçısı təbrik edərək,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, Balakən rayonunda bu sahədə həyata keçirilən lahiyələri diqqətə çatdırdı. Xüsusi ilə ölkəmizdə son illərdə qeyri neft sektorunun inkişafı ilə əlaqədar qarşıya qoyulmuş məqsədlərdən və bu sahədə məşğul olan hər bir kəsin üzərinə böyük məsuliyyətin düşdüyü qeyd olundu.
Sonda xatirə şəkili çəkildi.

Keçidlər