Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ABAD layihəsinin təqdimat mərasimi keçirilib

04 noyabr 2016 | 16:00

Balakən rayon “Qubek” otelində  Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri layihəsinin təqdimat mərasimi keçirilib. Sahibkarların, fermerlərin, ABAD layihəsindən yararlanmaq istəyən ailələrin dəvət olunduğu tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak edib.
Əvvəlcə qonaqlar əl işləri və ayrı-ayrı ailələr tərəfindən hazırlanmış məhsullardan ibarət sərgiyə baxıblar.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 sentyabr 2016-cı il tarixdə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılmsı ilə bağlı Fərman imzalayıb. Ailə Biznesinə Asan Dəstək mərkəzlərinin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.
Layihə haqqında məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirdi ki, layihə çərçivəsində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki yardım olunacaq. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq: “ABAD-ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların istehsalını təmin edən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır. Bununla da mərkəz regional inkişaf proqramına təkanverici qüvvə olmaqla, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin və rifah halının artırılmasında da əlaqələndirici və nəzarət funksiyalarının həyata keçirir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev  vurğulayıb ki, ABAD Balakən rayonunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını həyata keçirəcək. Məqsəd regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır.
Sonda sahibkarları maraqlandıran suallara cavab verilib.

Keçidlər